Ermənistanın ən böyük telekommunikasiya operatorlarından olan “Orange Armenia” maliyyə naziri Qaqik Xaçatryana məxsus “Ucom” şirkəti tərəfindən satın alınıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, biznes sövdələşməsinin dəyəri barədə məlumat verilmir.
“Orange Armenia” şirkətinin prezidenti Fransis Jelibter “Ucom” şirkətindən sərfəli təklif aldıqlarını və onu qəbul etdiklərini deyib. Onun sözlərinə görə Ermənostan mobil telefon bazarının 18%-nə nəzarət onları qane etmədikləri və bu sahədə böyük investisiya tələb olunduğu üçün “Orange Armenia”nı satıblar.“Orange Aremia” şirkəti 650 min abonetə malik idi və Ermənistanın 3 ən iri mobil operator şirkətindən biri idi. Onun səhmlərini alan “Ucom” şirkəti isə internet xidmətləri göstərir və maliyyə naziri Qaqik Xaçatryana məxsusdur.
Vüqar İsmayılov