Modern.az

Oqtay Şirəliyevin oğlu Beynəlxalq Bankın rəhbərliyinə gətirildi

Oqtay Şirəliyevin oğlu Beynəlxalq Bankın rəhbərliyinə gətirildi

22 İyul 2015, 20:40


Bu gün keçirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov təyin olunub. O, bu vəzifəni 4 il icra edəcək. E.Məmmədov bundan əvvəl "Azər-Türk Bank"ın İdarə Heyətinə rəhbərlik edib.

Səhmdarların qərarına əsasən, İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər.

Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

Qeyd edək ki, M.Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. O, bunadək "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Ü.Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur. Onun bank sektorunda sonuncu iş yeri "Bank Technique"nin İdarə Heyətinin sədri vəzifəsi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama