İyulun 23-nə keçən gecə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
Komandamız Moneteqroda yerli “Rudar”la cavab qarşılaşması keçirir.
Ağdam təmsilçisi cütün favoriti sayılsa da, Bakıda keçirilən ilk oyunda qeydə alınan qolsuz heç-heçə cavab matçına marağı artırıb.
Komandamız növbəti mərhələyə keçmək üçün ya qalib gəlməli, ya da qollu heç-heçə etməlidir.
Bolqarıstanlı baş hakim Georgi Kabakov idarə etdiyi oyunun ilk hissəsi başa çatıb. Hesab hələ ki açılmayıb...
***
Qoool!!!!!
56-cı dəqiqənin tamamında Reynaldo "Qarabağ"ı hesabda irəli çıxardı - 1:0.
***
Matç "Qarabağ"ın qələbəsilə yekunlaşdı - 1:0.
***
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəldi. Komandamız bu mərhələdə Şotlandiyanın güclü "Seltik" klubuna rəqib olacaq. İlk oyun bu ayın sonlarında Şotlandiyada baş tutacaq.
Modern.az