ATƏT-in Minsk qrupunun ABŞ həmsədri Ceyms Uorlik Dağlı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə o öz “Twitter” səhifəsində qeyd edib.O bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri əmz göstərsə bu reallaşa bilər.
“Tərəflər hazır olarsa və əzm göstərərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün ola bilər".
Qeyd edək ki, C.Uorlik bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini də bildirib.
Modern.az