Modern.az

Qarabağa köçən rus milyarderdən növbəti antiazərbaycan SƏRSƏMLƏMƏSİ: “Azərbaycanlılar qorxurlar”

Qarabağa köçən rus milyarderdən növbəti antiazərbaycan SƏRSƏMLƏMƏSİ: “Azərbaycanlılar qorxurlar”

23 İyul 2015, 10:08


Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan ilk rusiyalı milyarder German Sterliqov növbəti dəfə antiazərbaycan xarakterli açıqlama verib.

Modern.az xəbər verir ki, Sterliqov sosial şəbəkələrdən birindəki şəxsi səhifəsində Azərbaycan Baş Prokurorluğunun ona qarşı 2 maddə üzrə cinayət işi açmasına reaksiya verib. “Baxın, mənə qarşı daha 2 cinayət işi açılıb. Halbuki mən azərbaycanlılar, ermənilər və rusdlardan təşkil olunmuş sülh müzakirələri təklif edirdim.

Deməli tarixi sənədlər əsasında Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı açıq diskussiyalardan qorxurlar. Ermənilər açıq müzakirədən qorxmurlar, ruslar da qorxmurlar. Bu məsələdə yalnız azərbaycanlılarda təşviş və qorxu görünür. Görəsən bu nə deməkdir?”

İyulun əvvəllərində qəfildən Qarabağda peyda olan German Sterliqov buranı Ermənistanın əzəli əraziləri elan edərək işğal olunmuş Azərbaycan torpaqlarında kəndə təsərrüfatı ilə məşğul olacağını elan etmkişdi. Rusuiya mətbuatına çoxsaylı müsahibələrində o, həmvətənlərini kütləvi şəkildə Qarabağ yaşamağa çağırmışdı.

Xatırladaq ki, ötən gün Azəırbaycan Baş Prokurorluğu German Sterliqova qarşı cinayət məxəlləsinin 281 və 318 maddələri ilə cinayət işi açıb.

Vüqar İsmayılov       

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama