Modern.az

Kiyevin mərkəzində 2 azərbaycanlı vəhşicəsinə döyüldü

Kiyevin mərkəzində 2 azərbaycanlı vəhşicəsinə döyüldü

23 İyul 2015, 12:24

Kiyevin Dmitriyevsk küçəsində 2 azərbaycanlı döyülüb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 16-17 yaşlı yeniyetmələrdən ibarət 4 nəfərlik qrup soyuq silahlardan istifadə edərək həmvətənlərimizə xəsarətlər yetiriblər. Kiyev şəhər məclsinin üzvü Yeklena Yeskina hadisənin şahidi olub. Onun köməliyi ilə xəsarət alan azərbaycanlılara yardım göstərilib.

“Gözümün qarşısında quldurluq hadisəsi baş verdi. İndicə təcili yardım maşını və istintaqçılar gəldilər. 16-17 yaşlı yeniyetmələrin ciblərindən bıçaq çıxarmaqla insanlara hücum etdiyinin şahidi oldum”-deyə deputat öz Facebook səhifəsində yazıb.

Adı açıqlanmayan azərbaycanlılardan biri 2010-cu ildə təhsil almaq üçün Ukraynaya gəldiyini və ukraynalı xanımla ailə həyatı qurduğnu deyib. Hadisə zamanı isə onun pasportu və müvəqqəti yaşamaq icazəsi daxil olmaqla bütün sənədləri və telefonu da oğurlanıb.

 Faktla bağlı Kiyev polisi şəhər liseylərdən birinin 2-ci kurs tələbəsi olan yeniyetməni və onun bir neçə dostunu saxlayıb.

Vüqar İsmayılov       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama