Modern.az

Bakıda turizm şirkətinin dələduz direktoru ifşa edildi

Bakıda turizm şirkətinin dələduz direktoru ifşa edildi

23 İyul 2015, 12:35

Daxili İşlər Nazirliyi dələduzluq etmiş turzim şirkətinin rəhbəri haqqında məlumat yayıb. Modern.az nazirliyə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini  Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini  Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama