Modern.az

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ: “Builki keçid balları hələ məlum deyil”

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ: “Builki keçid balları hələ məlum deyil”

23 İyul 2015, 12:50

Qəbul imtahanlarından sonra hər bir abituriyent toplayacağı balla ali məktəbə daxil olub-olmayacağı ilə maraqlanır və bu zaman Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əvvəlki illər üçün müəyyənləşdirdiyi keçid ballarına istinad edir.

Modern.az saytı xəbər verir ki, TQDK bununla bağlı verilən çoxsaylı suallara aydınlıq gətirib.

Komissiya abituriyentlərin suallarına cavab olaraq bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil. 

Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur.

“Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər”-deyə TQDK bəyan edib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama