İtaliyanın ən nüfuzlu mətbu orqanlarından olan “La Stampa” qəzeti şok məlumat yayıb.
Modern.az saytı qəzetə istinadən xəbər verir ki, İtaliyanın eks-baş naziri Silvio Berluskoni “İrəli, İtaliya” partiyasının üzvləri ilə Romanın “Consolini” restoranında görüşü zamanı belə deyib:
“Düşünürəm ki, İtaliyada məni siyasi həyatın kənarına itələyiblər. Amma Putin mənə vətəndaşlıq və iqtisadiyyat naziri postunu təklif edib”.
“La Stampa” qəzeti Rusiyada iqtisadiyyat naziri postunun olmadığını nəzərə alaraq, Putinin təklif etdiyi postun iqtisadi inkişaf naziri ola biləcəyini də istisna etmir.
Qeyd edək ki, iyulun 8-də Neapol məhkəməsi keçmiş baş nazir Silvio Berlsukonini senatorlara rüşvət verdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edib.
Vüqar İsmayılov