Modern.az

Tofiq Yaqublunun səhhətində problem yaranıb

Tofiq Yaqublunun səhhətində problem yaranıb

23 İyul 2015, 16:12


Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhətində problem yaranıb. Modern.az saytının məlumatına görə, bunu Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyib.

“İndicə atamla danışdım. İki gün imiş ki, böyrəyində daş var imiş. Dəhşətli ağrıları olub. Həbsxananın yerli tibb məntəqəsinin və mərkəzi hospitalin həkimləri ona ciddi tibbi yardım və qayğı göstəriblər. Artıq daş böyrəkdən duşdüyü üçün ağrıları səngiyib. Həkimlərə təşəkkür edirəm”.

Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum olunub.

Yeganə OQTYQIZI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama