Modern.az

Azərbaycanda daha bir banka yeni rəhbər təyin edildi

Azərbaycanda daha bir banka yeni rəhbər təyin edildi

23 İyul 2015, 17:15


"Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin yeni icraçısı təyin edilib, bu, Fərhad Adıgözəlovdur. Bankdan verilən məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Yeni rəhbər seçilənə kimi F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.

Qeyd eədk ki, Elmar Məmmədov "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalıb. E.Məmmədov dünən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin yeni sədri təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama