Dünyadan təcir olunmuş Şimali Koreya Xalq Demokratik Respublikasında iş vaxtı səhər saat 5-də başlayacaq. Modern.az Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, buna səbəb havaların isti keçməsidir. Koreyada iş vaxtı səhər 5:00-da başlayacaq (buna qədər 8:00-da başlayırdı) və 13:00-da bitəcək. Qərar bütün dövlət müəssisələri, məktəblər və zavodlara şamil edilib.
İş qrafikinini dəyşiməsi və günorta saatlarında bitməsi ilə bağlı ölkənin bir çox yerlərində problemlər yaşanır. Ekspertlər əsasən su elektrik stansiyaları hesabına öz tələbatını ödəyən Koreyada yayda çayların quruması səbəbindən elektrik enejisi istehsalında problemlər yarandığını bildirirlər. Elektrik qıtlığı günorta saatlarında müəssisələrdəki kondisioner və sərinkeşlərin isitfadə olunmasına mane olur.
Yay vaxtı erkən iş saatları ilk dəfə sabiq Koreya lideri Kim Çen İr tərəfindən irəli sürülmüşdü.
Vüqar İsmayılov