İyulun 23-də Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis vilayətində İraq-Şam İslam Dövləti terror təşkilatının nəzarətində olan ərazidən açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçi həlak olub, ikisi isə xəsarət alıb.
Modern.az saytı "CNNtürk"ə istinadla xəbər verir ki, hadisədən sonra Türkiyə-Suriya sərhədinin qarşı tərəfindəki hədəflər atəşə tutulub.
Kilis şəhərinin meri Süleyman Tapsız mətbuata açıqlamasında bildirib ki, Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan bölgədən açılan atəşə dərhal cavab verilib. Məlumata görə, Türkiyə tərəfindən açılan atəş nəticəsində bir terrorçu məhv edilib.
Bundan başqa terrorçulara məxsusu 3 maşın da vurularaq sıradan çıxarılıb.