Modern.az

Avropa oyunlarının gümüş medalçısı ilə görüş keçirilib

Avropa oyunlarının gümüş medalçısı ilə görüş keçirilib

23 İyul 2015, 21:07



Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli ilk Avropa Oyunlarında iştirak etmiş Lənkəran rayonundan olan bir qrup idmançı ilə çay süfrəsi arxasında görüşüb. Deputat qeyd edib ki, bu gün ölkəmizdə idmanin inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir.
”Respublikamızda gənclər probleminə həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələləri prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması,onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respubliksmızda bədən tərbiyəsi və idmanın inkişafını təmin edib.

 Bir- birini əvəzləyən beynəlxalq idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmiz  birinci Avropa Oyunları kimi möhtəşəm idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Şübhəsiz, ilk  Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Bildiyimiz kimi bu möhtəşəm yarışlarda  idmançılarımız böyük nəticələr göstərərək medalların sayına görə 50 ölkə arasında ikinci oldu. Bu medalçılardan biri də həmyerlimiz, cudo yarışları üzrə 2-ci nəticə göstərərək, gümüş medal almış Orxan İlham oğlu Səfərovdur”.

Millət vəkili ilk Avropa Oyunlarında əldə etdiyi qələbəyə görə idmançını təbrik edib və ona gələcək idman yarışlarında daha böyük uğurlar arzulayıb. Deputat onu da vurğulayıb ki, bu günlərdə beynəlxalq Cudo Federasiyası Rusiyanın Tümen şəhərində liderlik reytinqini təzələyib. Orxan Səfərov 2209 xalla, 60 kq çəkidə dünya miqyasında birinci yeri qazanıb. Avropa Oyunlarının gümüş medalçısı Orxan Səfərov qayğı və diqqətinə görə həm də bu beynəlxalq tədbirlə bağlı məzmunlu söhbət üçün millət vəkilinə, onlar üçün yaradılan şəraitə və ölkəmizi dünyada layiqincə təbliğ və təmsil etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.
Sonda idmançının ailə üzüvləri ilə xatirə şəkli çəkdirilib.  

Modern.az    
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama