Bu gün Avropa Liqasında II təsnifat mərhələnində cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, Bakının “İnter” klubu da növbəti matçına çıxıb.
”İnter” öz meydanında İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib. Tarixində heç vaxt III təsnifat mərhələsinə vəsiqə qazana bilməyən “İnter” bu dəfə tilsimi qıra bilib.
Səfərdə keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən “İnter”in növbəti mərhələyə yüksəlmək üçün yaxşı imkanı var idi. “İnter” şansını boşa verməyib. Otyn 2:2 hesabı ilə başa çatdığından “İnter” növbəti mərhələyə keçib.
Qeyd edək ki, komandamız növbəti mərhələdə İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.
"İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) - 2:2