Modern.az

Nazir: “Yaxın vaxtlarda dərmanların qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşəcək”

Nazir: “Yaxın vaxtlarda dərmanların qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşəcək”

24 İyul 2015, 00:54


Modern.az
xəbər verir ki, iyulun 23-də İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin birinci yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib
Bildirib ki, 2015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub, ölkə iqtisadiyyatına 12,7 mlrd. manat həcmində investisiya qoyulub

Çıxışı zamanı bir sıra məsələlərə toxunan nazir dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi haqda məlumat verib. Şahin Mustafayev bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyini vurğulayıb və qeyd edib ki, bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək.

Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclasda Nazirliyin aidiyyəti struktur bölmələrinə vətəndaşların, o cümlədən sahibkarların müraciətlərinin diqqətlə öyrənilməsi və operativ tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib, bu sahədə geniş müzakirənin təşkil olunması tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama