Modern.az

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərini gizlətməsi qanunsuzluqdu

Azərbaycanda vəzifəli şəxslərin gəlirlərini gizlətməsi qanunsuzluqdu

Ölkə

24 İyul 2015, 11:20

Azərbaycanda vəzifəli şəxslər öz gəlirləri barədə ictimaiyyətə açıqlama vermir.

2005-ci ildə Azərbaycanda “Vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında” Qanun qəbul olunub.

2012-ci ilin yayında isə ölkə Prezidentinin vəzifəli şəxslərin gəlirlərinə dair  elektron vergi bəyannaməsi ilə bağlı xüsusi fərmanı və göstərişi olub.

Güman olunurdu ki, Prezidentin məlum sərəncamından sonra məmurlar öz gəlirləri barədə ictimaiyyətə açıq məlumat verəcəklər.

Amma təəssüf ki, məsələ yubanır.

Modern.az saytına açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycan höküməti bununla bağlı müəyyən qərarlar verməlidir: “O zaman bununla bağlı təklif etdim ki, deklarasiyadan əvvəl maliyyə amnistiyası məsələsinə baxılsın. Artıq MDB dövlətlərində belə amnistiya həyata keçirilir, maliyyə amnistiyası haqqında xüsusi qanun işləyib hazırlamaq lazımdır ki, ondan sonra deklarasiya sisteminə daxil ola bilək.

“Vəzifəli şəxslərin gəlir deklarasiyası” hələlik qalıb, icra olunmur, çünki  normativ sənədlər yoxdur. Normativ sənədlər olmadığından da qanun qəbul edilmir”.

 Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi