Modern.az

Deputat Azərbaycandakı keçmiş məhkumlara yol göstərdi

Deputat Azərbaycandakı keçmiş məhkumlara yol göstərdi

Təhsil

24 İyul 2015, 13:04

Həbsxanadan çıxan insanların əksəriyyəti ailəsindən, ətrafındakı insanlardan psixoloji dəstək görmədiklərindən onlarda ictimai əməklə məşğul olmağa, cəmiyyətdə özünə yenidən müəyyən yer tutmağa istək olmur. Bu səbəbdən də onlar cəmiyyətdə sosial adaptasiya problemi ilə üzləşirlər.

Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, heç kim cəzaçəkmə müəssisəsinə düşməkdən sığortalanmayıb:.

“Nəzərə almaq lazımdır ki, keçmiş məhkumların cəmiyyətə adaptasiya olunmasında ətrafdakı insanlar birbaşa rol oynayır. Hər bir məhkumun azadlıqdan məhrum olunmasında müxtəlif səbəblər var. Ancaq onların azadlığa çıxdıqdan sonrakı vəziyyətində cəmiyyətin rolu böyükdür. Ona görə də hər bir şəxsə ayrı-ayrı yanaşmaq lazımdır, ümumiləşdirmək düzgün deyil. Burada başqa bir məsələyə də diqqət etmək lazımdır. Dövlət tərəfindən kimsəsiz, getməyə yeri olmayan, yaşamağa yeri olmayan insanlar üçün sosial adaptasiya ilə bağlı müəyyən mərkəzlər yaradılır, müavinətlər verilir. Bu mərkəzlərdə yataqxanaların tikintisi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2007-ci ildən müəyyən addımlar atmalı idi. Bu proses bir qədər ləngisə də, artıq layihələr hazırlanıb, ilkin addımlar atılmaq üzrədir”.

Deputat keçmiş məhkumlara yol göstərib:

“Artıq sovet rejimi deyil ki, kiminsə adını haradasa işə yazdırmaq tələb olunsun. Çünki sovet dövründə insanlar cəzaçəkmə müəssisəsindən çıxıb azadlıqda olarkən işləməməyə, tüfeyli avaralığa görə cinayət məsuliyyətinə cəlb edilirdi. İndi hər bir şəxs özü çalışmalı, cəmiyyətə adaptasiya olunması üçün müəyyən səy göstərməlidir”.

Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama