Modern.az

Dünya şəhərlərində “supulu” nə qədərdir? - SİYAHI

Dünya şəhərlərində “supulu” nə qədərdir? - SİYAHI

Ölkə

24 İyul 2015, 13:38

XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal təhlükələrdən biri də içməli su ehtiyatının azalmasıdır. BMT-nin rəsmi məlumatlarına görə, dünyada insanların 45%-i təmiz su içmək imkanından məhrumdur, hər 8 saniyədən bir isə Yer kürəsində 1 nəfər susuzluq səbəbindən dünyasını dəyişir. Pessimist ekspertlər 2030-cu ildə dünyada içməli su böhranının kəskinləşəcəyini güman edirlər. Onlarin fikrincə, şirin su ehtiyatlarının 97,5%-nin qütblərdəki buzlaqlarda olması gələcək təhlükədən xəbər verir. Lakin nikbinliyi ilə seçilən ekspertlər gələcəkdə insanların buzlaqlardan təmiz su əldə edərək, planetin ehtiyacını ödəyə biləcəklərini deyirlər.

İçməli suyun qıtlığı artıq dünyanın iri şəhərlərində hiss olunmağa başlayıb. Avropada 1 litr içməli su benzin kimi yanacaq məhsulundan bahadır. Modern.az saytı dünyanın bəzi  şəhərlərində 1 kub metr suyun istifadəsinə görə nə qədər məbləğin ödənildiyini araşdırıb.

1 kub metr içməli su üçün mövcud TARİF

Bakı (Azərbaycan) – 0,29 dollar

İstanbul (Türkiyə) – 2,05 dollar

Diyarbəkir (Türkiyə) – 0,90 dollar

Dehli (Hindistan) – 0,24 dollar

Yerevan (Ermənistan) – 0,36 dollar

Tbilisi (Gürcüstan) – 0,16 dollar

Bombey (Hindistan) – 0,22 dollar

Dubay (Birləşmiş Ərəb Əmirlikləri) – 2,25 dollar

Dəkkə (Banqladeş) – 0,21 dollar

Ciddə (Səudiyyə Ərəbistanı) – 0,03 dollar

Qahirə (Misir) – 0,10 dollar

Hanoy (Vyetnam) – 0,19 dollar

Laqos (Nigeriya) – 0,99 dollar

Şanxay (Çin) – 0,45 dollar

Tokio (Yaponiya) – 2,11 dollar

Quançjou (Çin) – 0,45 dollar

Manila ( Fillipin) – 0,32 dollar

Nayrobi (Keniya) – 0,48 dollar

Keyptaun (CAR) – 1,15 dollar

Banqkok ( Tailand) – 0,28 dollar

Moskva (Rusiya) – 1,5 dollar

Vladivostok (Rusiya) – 0,95 dollar

Berlin (Almaniya) – 6,43 dollar

London (Böyük Britaniya) – 3,80 dollar

Amsterdam (Hollandiya) – 5,29 dollar

Kopenhagen (Danimarka) – 7,38 dollar

Pert (Avstraliya) – 6,59 dollar

Nyu-York (ABŞ) – 3,27 dollar

Çikaqo (ABŞ) – 1,46 dollar

Los-Anceles (ABŞ) – 2,80 dollar

Mayami (ABŞ) – 1,15 dollar

Atlanta (ABŞ) – 6,30 dollar

Vankuver (Kanada) – 2,22 dollar)

Mexiko (Meksika) – 0,95 dollar

Boqota (Kolumbiya) – 2,09 dollar

Lima (Peru) – 0,79 dollar

La-Pas (Boliviya) – 0,32 dollar

Buenos-Ayres (Argentina) – 0,42 dollar

Rio-De-Janeyro (Braziliya) – 2,14 dollar

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi