Donbasdakı hərbi münaqişə bölgəsində ukraynalı müğənni Nikolay Qordiyçuk həlak olub. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda özünün Facebook səhifəsində “Xalq cəbhəsi” deputat fraksiyasının üzvü Andrey Levus məlumat yayıb: “Xüsusi əməliyyat zamanı 15-ci “Qarpun” müdafiə batalyonunun döyüşçüsü Nikolay Qordiyçuk həlak olub”.
Qordiyçukun xidmət etdiyi “Qarpun” batalyonu təxribatlara qarşı xüsusiləşib. Qordiyçukdan başqa batalyonun digər həlak olan və yaralanan üzvləri Avdeevka rayonunda minaya düşüblər. Müğənni elə oradaca həlak olub.Nikolay Qordiyçuk ictimai fəaliyyətlə məşğul olurdu, “Özünəməxsus” və “Dendi” qruplarında oxuyurdu.