Modern.az

Əfqanıstanda həlak olmuş 52 azərbaycanlının ailəsinə Prezident təqaüdü kəsilib

Əfqanıstanda həlak olmuş 52 azərbaycanlının ailəsinə Prezident təqaüdü kəsilib

Təhsil

24 İyul 2015, 14:37

Cari ilin 1 iyul tarixinə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında  bərabər bölünməklə ödənilir.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama