“Business İnsider” agentliyi 2014-cü ilin yekunları ilə bağlı dünyanın 5 ən təhlükəsiz aviaşirkətinin adını açıqlayıb. Modern.az agentliyə istinadən həmin aviaşirkətlərin adını təqdim edir.
1. “Qantas” (Avstraliya). Ölkəsində ən böyük sərnişindaşıma şirkəti olan “Qantas” “uçan kequru” ləqəbi ilə xatırlanır. 1920-ci ildə Avstraliyanın Maskot şəhərində əsası qoyulan “Qantas”ın təyyarələri son 60 ildə bir dəfə olsun hava qəzası ilə üzləşməyib.
2. “Eva Air” (Çin). 1989-cu il martın 8-də Çinin Tayuyan şəhərində iş adamı Çanq Yunq-Fa tərəfindən əsası qoyulan aviaşirkət ən yüksək təhlükəsizlik tədbirlərinə malik hava şirkətidir.
3. “Lufthansa” (Almaniya). Aviaşirkət 1953-cü il yanvarın 6-dan bu gün də əsas ofisinin yerləşdiyi Köln şəhərində yerləşir. Almaniya sərnişin aviasiyasının flaqmanı olan “Lufthansa” həm də Avropanın ən böyük aviakonsernidir. 283 təyyarədən ibarət hava donanması olan şirkət öz etibarlılığı ilə bütün dünyada ad çıxarıb.
4. “Finnair” (Finlyandiya). Finlyandiyanın milli aviadaşıyıcıs olan “Finnair” 1923-cü il noyabrın 1-də Vantaa şəhərində yaradılıb. Aviaşirkətin təyyarələri 1963-cü ildən bəri heç bir qəza, yaxud toqquşma insidenti ilə üzləşməyib. Buna görə də “Finnair” aviaşirkəti etibarlılığına görə dünyada ön sıraları tutur.
5. “Cathay Pacific” (Çin). Honk-Konq şəhərinin aviaflaqmanı sayılan “Cathay Pacific” dünyanın 114 məntəqəsinə gündəlik uçuşlar həyata keçirir. Şirkət 1946-cı il sentaybrın 24-də Şanxayda yaradılıb və təhlükəsizliyinə görə Asiyanın əsas aviadaşıyıcılarından biri sayılır.
Vüqar İsmayılov