Modern.az

Rüstəm İbrahimbəyov Azərbaycanın kino xadimlərini təltif edəcək

Rüstəm İbrahimbəyov Azərbaycanın kino xadimlərini təltif edəcək

24 İyul 2015, 16:39


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əlisa Cabbarovun Modern.az-a verdiyi məlumata əsasən, 2 avqust Milli Kino günündə Azərbaycan kinosunun inkişafında  iştirak edən, uğurlu nəticələr göstərən kinematoqrafçılar  mükafatlandırılacaq:

“Çalışırıq ki, yalnız bədii kino deyil, həm sənədli, həm də animasiya sahəsində uğur əldə etmiş kinematoqrafçıları mükafatlandıraq ki, kinomuzun hər istiqaməti uğurla inkişaf etsin. Artıq Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyi namizədlərə səs verib, adlar hələ ki açıqlanmır. Qaliblər animasiya, kino musiqisi və kino aktyorluğunda böyük uğurlar əldə etmiş azərbaycanlı kinematoqrafçılar olacaq. Mükafatlar pullu mükafatlardır, tədbir isə təntənəli şəkildə keçiriləcək”.

Qeyd edək ki, tədbirdə qaliblərə ittifaqın sədri kinorejissor Rüstəm İbrahimbəyovun təbrik məktubları da təqdim olunacaq.    

Vüsalə Qəzənfərqızı

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama