Bakı şəhərində yol-qəza hadisəsi baş verib . Modern.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda “Lada” ilə “VAZ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı avtomobilin sərnişini xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.