Modern.az

“Bütün bu işlərin əsas günahkarı Minsk qrupunun həmsədrləridir”

“Bütün bu işlərin əsas günahkarı Minsk qrupunun həmsədrləridir”

25 İyul 2015, 10:41


Son bir ilə kimi Azərbaycanın işğal altındakı ərazilərinə nə Ermənistan, nə erməni diasporu, nə də digər imkanlı şəxslər investisiya yatırırdı. Dağlıq Qarabağdakı separataçı rejimin himayədarları bu məsələyə hər zaman ehtiyatla yanaşıb. Amma son bir ildə bu müstəvidə fərqli proseslər baş verir. İşğal altındakı rayonlarımızda yolların çəkilməsi, müxtəlif təyinatlı müəssisələrin inşası, dünyanın varlı ermənilərinin Qarabağa gəlişi əsas diqqəti torpaqların gələcək aqibətinə çəkir. Əvvəllər investisiya yatırılmasına ehtiyatla yanaşılan bu ərazilərə indi belə diqqət nəyin carçısıdır? Bəlkə erməni tərəfi elə zənn edir ki, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altıında saxlaya biləcək?
Bu məsələ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nəzərinə çatdırılırmı?

ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayədnə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu məsələdən xəbardar olsa da, hər hansı addım atılmır.

“Bununla bağlı ATƏT-in Minsk qrupu tərəfindən fikir bildirilməli, iş görməlidirlər. Elə götürək rusiyalı həmsədri. O, öz vətəndaşına deməlidir ki, gec-tez bu ərazilər qaytarılacaq və onların bura yatırdıqları investisiya batacaq. Bu problemli məsələdir və ATƏT-in Minsk qrupunun Azərbaycana qaşrı ədalətsiz münasibətinin göstəricisidir”.

İşğal olunmuş ərazilərə investisiya yatırılmasını qanunsuz addım hesab edən millət vəkili bildirib ki, Qarabağda məskunlaşanlar gec-tez işğal altında olan torpaqların qaytarılıacağını bilməlidirlər.

“Dağlıq Qarabağın Azərbyacanın tərkib hissəsi olduğunu o adamlar özləri başa düşməlidir. Onları ermənilər aldadıb gətirir. Bütün bu işlərin əsas günahkarı ATƏT-in Minsk qrupunun həmsədrləridir. ATƏT-in Misnk qrupunun fəaliyyətini hər zaman tənqid etmişəm. 23 il keçir və sanki onlar həmin yerlərə turist səfəri edirlər. Ancaq onların işi prezidentləri və ya xarici işlər nazirlərinin görüşlərini təşkil etməkdir. Minsk qrupunun missiyası ancaq görüşləri təşkil etməkdən ibarətdir? Onlar da qeyd edir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Bir çox beynəlxlaq təşkilatların fəaliyyətində də bu deyilir, amma faktiki heç nə yoxdur. Bununla bağlı ATƏT Parlament Assambleyasında məsələ qaldıranda deyilir ki, Minsk qrupu var və bu işlə məşğuldurlar. Amma fakt göstərir ki, onlar bu işlə məşğul deyillər”.

E.İbrahimov vurğulayıb ki, işğal olunmuş Azərbaycan ərazilərinə investisiya yatırılması ilə ermənilər bu torpaqların geri qayıtmayacağı barədə fikir formalaşdırmaq istəyirlər. “Onlar təbliğatlarını aparıb sözlərini deyirlər, biz də beynəlxalq təşkilatlarda kəskin olaraq fikirlərimizi bildiriri”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama