Modern.az

Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb

Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb

Təhsil

26 İyul 2015, 22:45


Pakistanda ABŞ-ön bu ölkədəki səfirliyinin əməkdaşı qətlə yetirilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun meyiti İslamabaddakı evində aşkarlanıb.

Uikbal Baiq narkotiklərlə mübarizə üzrə idarənin Pakistan nümayəndəliyində (ABŞ Ədliyyə Nazirliyinin agentliyinin tərkibində) işləyirdi. ABŞ-ın Pakistandakı səfirliyi bununla bağlı açıqlama verməkdən imtina edib.

Cinayətin səbəbini də polis hələ ki dəqiqləşdirmir. Məlum olan budur ki, Baiq şiə müsəlmanlarına aid olan ismaililərə mənsub idi. Şiələr Pakistanda tez-tez sünnilərin çoxluq təşkil etdiyi ərazilərdə hücumlara məruz qalırlar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama