Modern.az

Azərbaycanlı tələbələr niyə magistr təhsilini xaricdə almaq istəyirlər? - Getməyə hazırlaşanların CAVABI

Azərbaycanlı tələbələr niyə magistr təhsilini xaricdə almaq istəyirlər? - Getməyə hazırlaşanların CAVABI

27 İyul 2015, 11:07


Son  zamanlar  bəzi azərbaycanlı tələbələr  magistr  təhsili  üçün  xarici  ölkələrin  universitetlərini  seçirlər.  Belə tələbələr   ödənişli və ödənişsiz   olmaqla magistr  təhsili  üçün  seçimi Türkiyə,  İngiltərə, Amerika, Almaniya kimi ölkələrə edirlər.

Bəs tələbələrin özləri bu seçimi nə ilə izah edirlər?

Modern.az saytı xarici  universitetlərdə  təhsil almağı  dəyərləndirən bir  neçə  tələbənin  mövqeyini  təqdim  edir.

Elgün Nağıyev -  Bakı  Dövlət Universiteti, 4-cü kurs  tələbəsi, Jurnalistika fakultəsi:

- Gənclər  artıq  həm  başqa  mühit və  mədəniyyət  görmək, həm də həyatlarına  başqa yerdə  davam  etmə  şansı   üçün   xarici  universitetləri  seçirlər.  Belçikadakı  KU  LEUVEN  universitetində  magistr  təhsili  almaq istəyirəm.  Çünki Belçika  həm  Avropa Birliyinin paytaxtıdır,  həm də Avropanın  mərkəzidir. Çox  oxuyan  yox, çox     gəzən  çox  bilər.

Kamil Əmirli - Baki  Dövlət  Universiteti, 4-cü kurs tələbəsi, Jurnalistika fakültəsi:

- Düşünürəm  ki, gənclərin xarici ölkələrdə  təhsillərini  davam  etdirmək  istəyi həm  xarici  ölkələrdəki   təhsil  sisteminin  güclü  olması, həm  də  müxtəlif  mühitləri  tanımaq  istəyilə  əlaqədardır. Son  illərdə  dövlət  hesabına   xarici  ölkələrdə  təhsil    alan   gənclərin  sayı birə  beş  artıb. Bunun da  əsas  səbəbi  odur ki, müxtəlif  sahələr   üzrə  peşəkar kadrlara ehtiyac var və, onlar da bunu nəzərə alaraq belə bir addım atırlar.   Doğrudur, ölkəmizin təhsil sahəsindəki  uğurlu  islahatlar müəyyən  irəliləyişlərə  gətirib   çıxarıb.  Ancaq  təəsüf  ki,  ölkəmizdəki  təhsil sistemi  Avropa  ölkələrindəki  qədər  yüksək  deyil.  Mən  təhsilimi  Türkiyə, Almaniya, Polşa  və  digər  ölkələrdə  davam  etdirəcəyəm.

Nərgiz  Rzayeva - Xarici Dillər  Universiteti, 2-ci kurs tələbəsi, İngilis dili fakültəsi:

-  Xarici  universitetlərdə  yüksək  səviyyəli  kadrlar  yetişdirirlər.  Məsələn,  bizim  ali  təhsilli olan  bir  gənc  xaricdə oxuyan  gənclərlə  müqayisədə  qat- qat aşağı  biliyə  təcrübəyə  malikdir. Xarici  ölkələrdə  təhsil alanda  iş  tapmaq  da asan  olur. Mən  İngiltərədə və Almaniyada  təhsil  almaq   istəyirəm.

Firayə Allahverdiyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu