Modern.az

Ermənilərlə kürdlər arasında kütləvi toqquşma: 1 ölü, 2 yaralı

Ermənilərlə kürdlər arasında kütləvi toqquşma: 1 ölü, 2 yaralı

Təhsil

27 İyul 2015, 11:23

Rusiyanın Ulyanovsk vilayətinin Novospask rayonunda erməni və kürd icmaları arasında milli zəmində toqquşma baş verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Novospask rayonun Repyevka kəndində baş verən kütləvi dava zamanı 46 yaşlı erməni öldürülüb, daha 2 erməni isə ağır güllə yarası alıb. Odlu silahdan istifadə olunan insident zamanı yaralanan ermənilərin doğma qardaş olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdikləri məlum olub.
Ulyanovsk vilayətinə kütləvi məskunlaşan erməni və kürd icmaları arasında biznes sferasında rəqabətin olduğu və toqquşmanın da bundan qaynaqlandığı deyilir.

Faktla bağlı Ulyanovsk Prokurorluğu cinayət işi açıb.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama