““Azərişiq” ASC fevral ayından yarandıqdan sonra Naxçıvan Muxtar Respublikası istsna olmaqla bütün ölkənin enerji təhcizatının idarəçiliyini öz üzərinə götürüb". Bu sözləri Modern.az-a açıqlamasında “Azərişiq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.O qeyd edib ki, ilk gündən “Azərişiq” rəhbərliyi tərəfindən əməkdaşlar bölgələrə bir aylıq olmaql hansı işlərin görüləcəyini müəyyənləşdirmək üçün göndərildi.
"Baxış keçirildi və reabilitasiya prorqamı hazırlandı. Bunun əsas məqsədi rayon və kənlərdə hansı problemlərin olduğunu müəyyənləşdirmək idi və ilkin olaraq reginonlara 7 komplekt transformatorlar göndərildi, quraşdırılaraq istismara verildi. Bunlar Şimal, Şimal Qərb, Cənub, Mərkəz, Mərkəzi Aran, Qərb və Bakı Regional enerji təhcizatları və satış idarələridir. Hər bir regionda struktur yaradılıb və bunun əsasında rayonlarda görüləcək işlər müəyyənləşib”.
T.Mustafayev sərəncamda qeyd edildiyi kimi “Azərişiq” ASC tərəfindən hər bir abonentin dayanıqlı, fasiləsiz, təhlükəsizlik və səmərli elektrik enerji təhcizatı ilə bağlı işlərə başlanıldığını qeyd edib.
“Hər bir rayonda 30-40 illik ağac dayaqlar yeni beton-dəmir dayaqlarla əvəz olunur və bu işlər sürətlə davam etdirilir. Eyni zamanda, rayonlarda yeni elektrik enerjisi xətləri çəkilir. Sayğac olmayan kəndlər sayğaclaşdırılır və bu sayğaclara izolyasiyalı kabel xətlər birləşdirilir. Bu xətlər həm soyuq, həm isti havaya davamlıdır. Ölkədə qar yağan zaman üzə çıxan problemlərin yenidən yaşanmaması üçün artıq həmin ərazilərdə xətlərin dəyişdirilməsi, yeni kabellərin çəkilməsi və yeni yarımstansiyaların inşasına başlanılıb. Bununla bağlı Novxanı, Xırdalan, Gəncə, Cənub regionunda, Şimal Qərb regionunda yarımstansiyaların inşasına başlanılıb, bəzilərinin isə inşası bitmək üzrədir”.
Qurumun sözcüsü bildirib ki, bir neçə il ərzində Bakıdakı kimi regionlar da fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
“Bütün bu işlər “Azərişiq”ASC-nin daxili vəsaiti hesablına aparılır”.
Qeyd edık ki, Azərbaycan hökuməti ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan, Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankından maliyyə yardımı istəyib. 750 milyon dollar məbləğində əsas hissə Asiya İnkişaf Bankından istənilib. Həmçinin, Azərbaycan höküməti Dünya Bankından 250-300 milyon dollar məbləğində maliyyə yardımı xahiş edib.
Aytən ZƏHRA