Modern.az

AZAL “Noutbuk qadağası”na aydınlıq gətirdi

AZAL “Noutbuk qadağası”na aydınlıq gətirdi

Təhsil

27 İyul 2015, 12:49


AZAL sərnişinlərə Naxçıvan Muxtar Respublikasına noutbuk aparılmasına qoyulan qadağaya aydınlıq gətirib. AZAL-dan Modern.az-a verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama