Modern.az

Azercell-in prezidenti: “Space TV-nin adını mən qoymuşam”

Azercell-in prezidenti: “Space TV-nin adını mən qoymuşam”

Təhsil

27 İyul 2015, 13:25


“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Space televiziyası ilə bağlı maraqlı fakt açıqlayıb.

Modern.az saytının məlumatına görə, V.Mürsəliyev jurnalistlərlə görüşüdə telekanala bu adın onun tərəfindən verildiyini bildirib.

“Sizə bir sir açmaq istəyirəm: Space telekanalının adını mən vermişəm”,-deyə o, qeyd edib.

V.Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən Azercell-in yeni prezident təyin edilib.

O, 2005-ci ildə Azercell-ə qoşulub. Vahid Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif  rəhbər vəzifələri icra edib.

2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini əldə edib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. Həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama