Modern.az

Azərbaycan Jurnalistlər Şəbəkəsi Lənkəranda - FOTOLAR

Azərbaycan Jurnalistlər Şəbəkəsi Lənkəranda - FOTOLAR

Təhsil

27 İyul 2015, 14:43


Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni media layihəsinin icrası çərçivəsində növbəti tədbirini Lənkəran şəhərində keçirib. Tədbirdə ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər, eləcə də regionlarda fəaliyyət göstərən müxtəlif media qurumlarının təmsilçiləri iştirak edib. “Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği” mövzusunda keçirilən müzakirə sessiyasında son vaxtlar internet mediasında rast gəlinən əsas problemlər qabardılıb və ölkənin daxili informasiya təhlükəsizliyin qorunmasında jurnalistlərin rolu xüsusi ilə vurğulanıb.

Modern.az xəbər verir ki, jurnalist Ayaz Nizamioğlunun giriş sözü ilə açdığı tədbiri daha sonra Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli davam etdirib. M. Ələsgərli informasiya yanlışlığının cəmiyyətin taleyi üçün nə dərəcədə böyük problem yarada biləcəyini qabardıb və bunu konkret faktlarla əsaslandırıb. Daha sonra həm paytaxt, həm də bölgə jurnalistləri sırf bu kontekstdə mövzunu davam etdiriblər. “Xəzər” TV, “ANS” TV, “Space” TV, “İctimai” televiziya, ”Lider” TV , “Region” plyus jurnalı, Trend və Modern.az saytlarının əməkdaşlarının, eləcə də paytaxtda müstəqil fəaliyyət göstərən  jurnalistlərin qatıldığı tədbirdə zonanın nüfuzlu jurnalist qrupu və yerli icra nümayəndəliyi də iştirak edib. Mərasimin əsas frazası paytaxt və bölgə jurnalistlərinin milli-mənəvi dəyərlər naminə peşə həmrəyliyinə çağırmaq olub.

Tədbirdən sonra Bakıdan gələn jurnalistlər üçün Lənkəran şəhərinin tarixi və mədəni məkanları , o cümlədən görməli yerlərinə tur təşkil edilib. Səfər çərçivəsində tədbir iştirakçıları region televiziyası olan “Cənub TV”-nin mərkəzi binası, studiyaları və kollektivi ilə yaxından tanış olublar.


  Elmin NURİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama