Modern.az

“Zakir Həsənov əsgərin yanında olan nazirdir"

 “Zakir Həsənov əsgərin yanında olan nazirdir"

Təhsil

27 İyul 2015, 14:50

“Cənab Zakir Həsənov ilk gündən daim ordu ilə maraqlanan, hər zaman əsgərin yanında olan, postlara, cəbhə xəttinə gedən bir müdafiə naziri kimi özünü təqdim edib. Zakir Həsənov Ali baş komandan İlham Əliyevin bütün tapşırıqlarını lazımca yerinə yetirən nazirdir”.

Bunu Modern.az saytına Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Bəxtiyar Sadıqov deyib. O bildirib ki, prezident İlham Əliyevin vəzifə olaraq qarşıya qoyduğu bütün döyüş tapşırıqları Zakir Həsənov tərəfindən həyata keçirilir:

“Cənab Zakir Həsənov nisbətən cavan olsa da, Azərbaycanın ən bacarıqlı, istedadlı hərbçilərindən və generallarından biridir. O, müdafiə naziri təyin olunmazdan əvvəl Daxil Qoşunların komandanı idi. Zakir Həsənov Daxili Qoşunlarda çox gözəl ciddi intizam yaratmışdı. Həmçinin, orda çox yaxşı işlər gördüyü üçün kifayət qədər tanınmışdı. Prezident İlham Əliyev də ona yüksək etimad göstərərək, müdafiə naziri vəzifəsinə təyin etdi. Cənab Həsənov ilk günlərdən ordunun içinə gedən, hərbçilərlə maraqlanan, əsgərin yanında olan, daim postlara, təmas xəttinə baş çəkən bir müdafiə naziri kimi özünü təqdim edib.

24 ildir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Amma hələ də danışıqlar gedir. Danışıqlar prosesi isə heç bir nəticə vermir. Azərbaycan bundan imtina etməyib. Çünki Azərbaycan çalışır ki, məsələ sülh yolu ilə həll olunsun. Amma erməni tərəfi hər gün atə.kəsi pozur, bizim dinc sakinləri, hətta uşaqları belə, hədəfə alırlar.

Ermənistan Qərbi Azərbaycanda, Yuxarı Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Boşalmış kəndlərdə indi ermənilər yaşayır.
İşğalçı dövlət hesab edir ki, danışıqlar prosesində güc nümayiş etdirməklə onların dedikləri qəbul olunmalıdır. Amma prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət ayırır. Bizim yeni müasir ordumuz var, müdafiə sənayemiz inkişaf edib, 600-dən çox növdə hərbi təyinatlı məsul istehsal edirik, kifayət qədər vətənpərvər və bacarıqlı əsgərlərimiz, zabitlərimiz var. Artıq generallar ordusu da yetişir. Yəni biz Ermənistandan bütün parametrlər üzrə - ordu quruculuğunda, ordunun təşkilində, maddi-texniki təminatda - güclüyük.
Müdafiə naziri Zakir Həsənov ermənilərin hər atəşinə atəşlə cavab verməyi, onların hər təxribatının qarşısını qətiyyətlə almağı ordunun qarşısına bir vəzifə kimi qoyub. Bu vəzifə və tapşırıq da Ali baş komandan prezident İlham Əliyevdən gəlir.

Keçən ilin avqust ayında məlum hadisələr baş verdi, ondan əvvəl də Mübariz İbrahimov təkbaşına düşmən səngərinə gedərək  Azərbaycan əsgərinin və döyüşçüsünün nəyə qadir olduğunu sübut elədi. Ermənilər hər dəfə hansısa bir ərəfədə təxribatlar yaratmaq istəyirlər. Dərhal onlara elə bir səviyyədə cavab verilir ki, Ermənistan vahiməyə düşür”.

Bəxtiyar Sadıqov qeyd edib ki, artıq Ermənistan ordusunun komplekləşdirilməsində çox ciddi problemlər var:

“Hətta son informasiya görə 10, 11-ci siniflərdə oğlan uşaqları yoxdur. Erməni valideynlər bilirlər ki, oğulları əsgərlik yaşına çatan kimi onları Qarabağa aparacaqlar. Ondan sonra onların sağ-salamat geri qayıdıb-qayıtmayacağı sual altına düşür.

Bizim prezidentimiz də demişdi ki, erməni əsgəri ölmək istəmirsə, onun Ağdamda, Füzulidə, cəbhə bölgəsində nə işi var?
Ermənistanda bir ümidsizlik yaranıb. Valideynlər övladlarını orduya vermir. Ermənistanın müdafiə naziri Seyran Ohanyanı ruh yüksəkliyi yaratmaq üçün çalışır, amma bunu edə bilmir.

Mən Zakir Həsənovun gördüyü işlərin hamısını yüksək qiymətləndirirəm. Bizim iqtisadiyyatımız və ordumuz möhkəmdir. Əsgərimiz və zabitimiz hərbi bilik cəhətdən də güclüdür. Biz bu sahədə artıq üstünlüyü ələ almışıq. Hər addımda Ermənistan ordusundan qat-qat bacarıqlı, təminatlı Silahlı Qüvvələrə malik olduğumuzu sübut edirik. Danışıqlara da möhkəm ordu, güclü hərbçilər və inkişaf etmiş iqtisadiyyatla gedirik”.

Sevinc YASİNQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama