Modern.az

Tanınmış yazıçı vəfat edib

Tanınmış yazıçı vəfat edib

Təhsil

27 İyul 2015, 15:40


Tanınmış İtaliya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatına namizəd Sebastyan Vassalli iyulun 26-dan 27-nə keçən gecə Novara şəhərində 74 yaşında dünyasını dəyişib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yazıçının dostu, Novara ədəbiyyat araşdırmaları mərkəzinin prezidenti Roberto Çikalanın verdiyi xəbərə görə, yazıçı uzunmüddətli olmasa da, ancaq sağalmaz xəstəlikdən vəfat edib.

Vassalli İtaliya postmodernist nəsrinin parlaq nümayəndələrindən biri sayılırdı. O, Milan universitetinin filologiya fakültəsini bitirib, müasir incəsənətlə bağlı psxoanalizin təsirinə həsr olunmuş diplom müdafiə edib. Tələbəlik illərindən ədəbiyatla məşğul olmağa başlayıb, “Pianura” və “Ant Ed” jurnallarını yaradıb və burada onun şerləri və tənqidi məqalələri çap olunub. 1960-1970-ci illərdə “Gruppo 63”  birliyinin üzvü olub.

Vassalli bir neçə romanın, o cümlədən daha tanınmış “Dünyanın qızılı” (1987-ci il) və “Əjdaha”  romanlarının müəllifidir. Bu əsərlərinə görə İtaliyanın prestijli ədəbiyyat mükafatı “Streqa”ya layiq görülüb. 2015-ci ilin may ayında məlum olub ki, Vassalli rəsmən Nobel  mükafatına namizəd irəli sürülüb. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama