Modern.az

III ixtisas qrupu üzrə sənəd verənlər niyə azalıb?

III ixtisas qrupu üzrə sənəd verənlər niyə azalıb?

27 İyul 2015, 16:48

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)  2015/2016-cı tədris ili üzrə ali mətkəblərə qəbul imtahanları başa çatdırdı. Artıq I və IV ixtisas qrupaları üzrə nəticələr açıqlanıb, II və III ixtisas qrupları üzrə isə nəticələr bu gün élan olunacaq.

Bir neçə il öncəyə kimi ali məktəblərə daha çox III ixtisas qrup üzrə imtahan verənlər üstünlük təşkil edirdi. Həmin qrup üzrə müxtəlif ixtisaslardan məzun olanlar çoxluq təşkil etdiyindən özlərinə iş tapa bilmirdilər.
Ölkə iqtisadiyyatının inkişafı nəticəsinə yeni ixtisaslara tələbatın meydana gəlməsi, neft-qaz sektorunda prestijli işin olması abituriyentlərin seçiminə öz də təsirini göstərib. Və artıq III ixtisas qrupuna sənəd verənlərin sayı aşağı düşüb.

Bu il ali mətkəblərə sənəd verənlərlə bağlı statistika da belə deyir.

TQDK-dan Modern.az-a verilən məlumata əsasən bu il imtahanlarda iştirak üçün 88186 abituriyent sənəd verib. Burada üstünlkü I qrupa aiddir - 35170 nəfər (32085 nəfər Azərbaycan, 3085 nəfər rus bölməsi).
II ixtisas qrup üzrə 23653 nəfər (21206 nəfər Azərbaycan, 2447 nəfər rus bölməsi), III ixtisas qrup üzrə 22258 nəfər (20725 nəfər Azərbaycan, 1533 nəfər rus bölməsi), IV ixtisas qrupu üzrə 7105 nəfər (6541 nəfər Azərbaycan, 564 nəfər rus bölməsi) ərizə verib və sənədləri təsdiq olunub.

V qrup və orta ixtisas təhsili müəssisələrinə isə cəmi 32184 nəfər əzirə verib ki, bunun da 30148 nəfəri Azərbaycan, 2036 nəfəri isə rus bölməsi üzrə sənədləri təsdiq olunanlardır.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir