Modern.az

Erməni qubernatorun oğluna qarşı cinayət işi açıldı

Erməni qubernatorun oğluna qarşı cinayət işi açıldı

Təhsil

27 İyul 2015, 16:51



Ermənistanın Syunik (Zəngəzur) vilayətinin qubernatorunun oğlu Tiqran Xaçatryana qarşı cinayət işi açılıb. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Tiqran Xaçatryan mayın 2-də Gorus şəhər sakini Arutyun Zakaryana ağır xəsarət yetirdiyi üçün tutulub.

Qubernator Suren Xaçaturyanın oğluna qarşı Ermənistan Cinayət Məcəlləsinin 112.1 maddəsi ilə cinayət işi açılıb. Prokurorluq onun həbs olunması üçün məhkəməyə müraciət edib.

Bu Suren Xaçatryanın adının hallandığı ilk insident deyil. 2013-cü ilin iyununda onun Gorusdakı mülkündə şənlik zamanı yaranan mübahisə zamanı Gorus meri olmağa namizədliyi irəli sürmüş Avetik Budaqyan öldürlümüş, onun hərbi hissə komandiri olan qardaşı isə ağır yaralanmışdı. İnsisdent sonra 6 ay müddətinə vəzifəsindən kənarlaşdırılan Xaçatryan yenidən Sarksiyan tərəfindən vəzifəsinə geri qaytarılmışdı.  

Vüqar İsmayılov
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama