Modern.az

Prezidentin ləğv etdiyi filial Mingəçevir Dövlət Universitetinə birləşdiriləcək

Prezidentin ləğv etdiyi filial Mingəçevir Dövlət Universitetinə birləşdiriləcək

Təhsil

27 İyul 2015, 17:20


Müəllimlər İnstitutunun fəaliyyəti dayandırılmış Mingəçevir və Salyan filiallarının aqibətinə aydınlıq gətirilib
“Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilən Mingəçevir filialı Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq Mingəçevir Dövlət Universitetinə birləşdiriləcək. Bu, birmənalıdır”.

Bunu Təhsil Nazirlıyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. 

Sektor müdiri bildirib ki, fəaliyyəti dayandırılmış Salyan filialının Lənkəran Dövlət Universitetinə birləşdirilməsi gündəmdədir: “Salyan filialının taleyi hələlik həll olunmamış qalır. Lənkəran Dövlət Universitetinin istehsalat texniki imkanları bütövlükdə o tələbələrin hamısını götürməyə bir o qədər qabil deyil. Ona görə əsas hissə Lənkəran Dövlət Universitetinə, bir hissə Cəlilabad filialına, yerdə qalan hissəsi isə tələbələrin istəklərinə uyğun olaraq onlara yaxın filiallara köçürüləcək. Amma Bakı olmamaq şərti ilə. Ola bilər tələbə tutaq ki, Şamaxıya yaxın yaşayır və o, Şamaxı filialına köçmək istəyir. Təbii ki, bu istək də nəzərə alınacaq”.

Qeyd edək ki, iyulun 24-də prezident İlham Əliyev  Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsi barədə sərəncam imzalayıb. (Apa)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama