Modern.az

“Türkiyə “İŞİD” qarşı cəbhə açsa, tarixinin ən böyük itkisini verəcək” - EKSPERT

“Türkiyə “İŞİD” qarşı cəbhə açsa, tarixinin ən böyük itkisini verəcək” - EKSPERT

Təhsil

27 İyul 2015, 18:20

Türkiyədə siyasi vəziyyət Suruçdakı terror aktı və polislərin silsilə qətlindən sonra daha da aktuallaşdı.

Modern.az xəbər verir ki, rusiyalı ekspertlər Türkiyənin düşdüyü bu vəziyyətdə özünün günahkar olduğunu deyir. Rusiya strateji analiz mərkəzinin rəhbəri Sergey Demidenkonun fikrincə, Türkiyə regional siyasətdə bir neçə il ərzində ardıcıl səhvlər buraxıb.

“İŞİD”ə gəldikdə, Türkiyə öz yaratdığı problemi həll etməyə çalışır. Çünki uzun illər Türkiyə rəhbərliyi Suriya müxalifətini dəstəkləyirdilər, Avropadan, Rusiyadan gələn könüllülər Türkiyə sərhədindən Suriyaya keçirdilər

Rəsmi Ankara “Əl Nüsrə Cəbhəsi”ni dəstəkləyirdi və həmin qruplaşmanın düşərgələrini öz ərazisində yerləşdirdmişdi. İndi həmin təşkilatlar  Türkiyəni vurur. Bu məsələdə Türkiyənin inciməli olduğu tərəf yalnız özüdür”. Demodenkonun fikrincə, Türkiyədə iqtisadiyyatın vəziyyəti yaxşı olmadığı üçün İslam fundamentalizmi təhlükəsi aktuallaşacaq.

“Əgər iqtisadiyyatın vəziyyəti pisləşirsə, müxtəlif radikal təşkilatlara üzv olan şəxslər fəallaşacaqlar”.

Ekspertin fikrincə, bu fonda kürd problemi Türkiyədə daha da aktuallaşacaq. “Türkiyədən Suriyaya gedən kürdlərin sayı artmaqdadır. Düşünmək olar ki, onlar tezliklə. Türkiyəyə dönəcəklər və gərginliyə rəvac verəcəklər”.

Sergey Demidenkonun fikrincə, Türkiyə “İslam dövləti”nə müdaxilə etmək üçün Suriyaya daxil olarsa, bu Ərdoğan üçün “siyasi intihar” olacaq.

“Suriya sərhəddini keçmək, tamiqyaslı hərbi əməliyyatlar Türkiyə üçün 1-ci Dünya Müharibəsindən bəri görmədiyi itkilərlə üzləşməsi demək olacaq”. Suiryanın bir tələ olduğunu deyən ekspert Türkiyənin burdan uzaq olmasını məsləhət görür. “Türklərə bir tərəfdən kürdlər, bir tərəfdən “İŞİD”, digər tərəfdən isə suriyalı hərbçilər atəş açacaqlar”. Sergey Demidenko Türkiyəyə istirahətə getməməyi də məsləhət görüb.

“Turizm bölgələrini ciddi şəkildə qorusalar da İstanbul və Ankara kimi iri şəhərlərə getməyi məsləhət gözməzdim.  Çünki yaxın vaxtlarda gözlənilən proseslər Türkiyəni təhlükəli ölkəyə çevirəcək”.

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama