Modern.az

4013 azərbaycanlı əsir, itkin və girov kimi qeydiyyatdadır - Rəsmi MƏLUMAT

4013 azərbaycanlı əsir, itkin və girov kimi qeydiyyatdadır - Rəsmi MƏLUMAT

Təhsil

28 İyul 2015, 01:00


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, 1 iyul 2015-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil edib. Onlardan 3253 nəfər hərbçi, 756 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (18 nəfər azyaşlı qız), 253 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Münaqişə müddətində 1434 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 354 nəfər qadın, 1081 nəfər kişidir. Eyni zamanda 213 nəfər uşaq (74 nəfər azyaşlı qız), 292 nəfər yaşlı şəxsdir (113 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama