Modern.az

Azərbaycan,Yaponiya, İraq, Rumıniya və deputatlar

Azərbaycan,Yaponiya, İraq, Rumıniya və deputatlar

28 İyul 2015, 12:00

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları Azərbaycanın beynəlxalq əlaqələrində önəmli yer tutur.

İşçi qrupları vasitəsilə Milli Məclisin deputatları həmin ölkələrin parlamentlərində Azərbaycanla bağlı gerçəkliyin çatdırılmasında mühüm rol oyanıyırlar. 

Bəs, ötən 5 il dövründə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən hansı addımlar atılıb?   

Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvi Fəzail İbrahimli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasəti, beynəlxalq münasibətlərində Milli Məclisin önəmli rolu var.

Onun sözlərinə görə, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvləri arasında istiqanlı münasibət var.

“Dövlətlərlər arasındakı yüksək səviyyəli, anlaşıqlı münasibətlər dostluq qrupunun fəaliyyətinə də sirayət edib. Rumıniya parlament üzvlərinin Azərbaycana səfəri, bizim Ruminiyaya gedişimiz bu münasibətləri bir az da mühkəmləndirib.

Rumıniya Avropa dövlətləri içərisində Azərbaycana qarşı münasibətdə, istər Azərbaycanın istiqlalının tanınması, istərsə də Qarabağ məsələsində müsbət mövqedə durur. Bu mövqe də özünü bütün münasibətlər də ifadə edir”.

Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, həm III, həm də IV çağırış Milli Məclisdə bu qrupun rəhbəri olub.

“Bu müddətdə həyata keçirilən tədbirlər bunlardır: 2012-ci ildə Oqatay Əsədovun dəstəyi ilə İraq-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 12 nəfərlik böyük heyəti Azərbaycanda olub. İraq parlamentinin iqtidarda olan partiyasının təsisçisi şeyx Həmman Həmmudinin iştirakı ilə parlamentdə təmsil olunan ərəb, türkmən əsilli olan parlamentarilər Azərbaycanda həmin müddətdə çoxsaylı görüşlərdə iştirak ediblər, Xarici İşlər Nazirliyində olublar, Şeyx Allahşükür Paşazadə ilə görüşüblər.

Eyni zamanda, Prezident İlham Əliyev də onları qəbul edib. Bir həftə Azərbaycanda olduqdan sonra dostluq qrupu üzvləri geri çox yüksək təəssüratla dönmüşdülər. Onlar Xocalı soyqırımının İraq parlamentində tanınması üçün işlər gördüklərini və düşmənlərimizə həmişə cavab verməyə hazır olduqlarını bildiriblər”.

İ.Məmmədov hesab edir ki, bütün bunlar Azərbaycan dövlətinin, möhtərəm Prezidentin diqqəti, spiker Oqtay Əsədovun dostluq qrupuna dəstəyi nəticəsində olub və Milli Məclis tarixində 4-cü çağırışda Azərbaycan-İraq parlamentlərarası əlaəqlər üzrə işçi qrupu dostluq qrupları içərisində ən olumlu bir fəaliyyətə imza atmış oldu.

“Bu, dövlətimizin, parlamentimizin uğurudur.Dostlarımızın sayı nə qədər çox olsa, uğurumuz hesab olunur. Bu əlaqələri inkişaf etdirmək üçün səfirlik vasitəsilə çox tez-tez görüşürük. İraq-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvləri Azərbaycanı çox böyük təkliflərlə İraqa dəvət edir. Müəyyən təhlükəsizlik, orada baş verən siyasi proseslər səbəbindən bu təkliflər hələ ki təxirə salınıb. Ümid edirəm ki, növbəti çağırış Milli Məclisdə biz bu səfərləri reallaşdıra biləcəyik”.

Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvi Əli Məsimli bildirib ki, Yaponiya hər cəhətdən hörmətə layiq çox unikal bir ölkədir.Ona görə də Azərbaycan Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

“Azərbaycan-Yaponiya dövlətlərarası münasibətlər kifayət qədər yüksək səviyyədədir. 15 ildən çoxdur ki, Azərbaycan-Yaponiya hökumətlərarası iqtisadi komitəsi var. Azərbaycanda çoxsaylı yapon şirkətlərinin fəaliyyət göstərir. Yaponiyanın öz səfirliyi vasitəsilə regionlarımızada gördüyü humanitar xarakterli işlər də təqdirəlayiqdır. Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında hər iki ölkənin qanunverici orqanı önəmli rol oynayır. Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Yaponiya səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edir, qarşılıqlı səfərlər zamanı öz kolleqaları və Yaponiyanın digər dövlət adamları ilə ikitərəfli əlaqələrin inkişaf eydirilməsi istiqamətində çox zəruri fikir mübadilələri olur. Xüsusən son illər Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin də iştirak etdiyi səfərlərdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məsələləri hərtərəfli müzakirə olunur”.

Ə.Məsimli vurğulayıb ki, belə səfərlərdə Azərbaycan tərəfi digər zəruri mövzularla yanaşı həmişə Dağlıq Qarabaq məsələsini də qarşı tərəfin nəzərinə çatdırır.

“Amma bu məsələ bu ilin aprelində Milli Məclis sədrinin geniş tərkibli nümayəndə heyəti ilə Yaponiyaya səfəri zamanı daha yüksək səviyyəli müzakirə obyekti olub. Milli Məclisin sədri Oqtay Əsədov əməkdaşlıq mövzuları ilə yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpası yolunda ciddi maneədir.. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Yaponiya tərəfinin mövqeyi belədir ki, Yaponiya zor yolunu qəbul etmir, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinədir.Yaponiya problemin tezliklə və sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Yaponiya parlamentariləri arasında möhkəm əməkdaşlıq münasibətləri mövcuddur”.

Deputat humanitar sahədə də əməkdaşlığın getdikcə inkişaf etdiyini qeyd edib.

“Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dili tədris olunur. Hazırda 20-dək Azərbaycan gənci təhsilini Yaponiyada davam etdirir.Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələrin inkişafı üçün əlindən gələni edir”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama