Modern.az

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Təhsil

28 İyul 2015, 12:24


“Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək. Modern.az xəbər verir ki, 1-2 Avqust tarixlərində Bakıdakı “Hilton” otelində Türkiyə universitetlərinin və yataqxanalarının iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq.

Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək. Həmçinin bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.

Digər sərgilərdən fərqli olaraq Avqust sərgilərində ənənəvi hal alan sənəd qəbulu da həyata keçiriləcək.

Belə ki, abituriyentlər və tələbələr sənədlərini  universitet nümayəndəsinə birbaşa təqdim edə və ön qəbulunu ala biləcəkdir. Sərgidə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulub. 

Sərgiyə giriş ödənişsizdir.

Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün www.akademi.az saytına müraciət etmək lazımdır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama