Modern.az

Bakı Ali Neft Məktəbinin tələbəsi Britaniya Universiteti tərəfindən mükafatlandırıldı

Bakı Ali Neft Məktəbinin tələbəsi Britaniya Universiteti tərəfindən mükafatlandırıldı

28 İyul 2015, 13:12

 

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Sevinc Qafarlı 2014/2015-ci  akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb. Bu barədə Modern.az-a a BANM-dən məlumat verilib.  

Bununla əlaqədar Herriot-Vatt Universiteti tərəfindən BANM-nə təbrik məktubu göndərilib.

Məktubda deyilir:

“Hörmətli Sevinc, Sizi 2014/2015-ci akademik ili üçün nəzərdə tutulan universitet mükafatının qalibi olduğunuz münasibəti ilə təbrik edirik.

Bu 100 funt sterlinq məbləğində pul mükafatı yüksək təhsil göstəricilərinə görə verilir.

Məktuba mükafatı təsdiq edən sertifikat əlavə olunur. Ümid edirik ki, mükafat nailiyyətinizi Sizə daima xatırladacaq. Bir daha Universitet adından Sizi nailiyyətinizə görə təbrik edir və gələcək karyeranızda uğurlar arzu edirik. 

Hörmətlə, Karen Makartur, Qeydiyyat əməliyyatları üzrə direktor

Herriot-Vatt Universiteti,

Edinburq, Böyük Britaniya”

Qeyd edək ki, Sevinc Qafarlı 2013/2014-cü təhsil ili üzrə Azərbaycan ali məktəblərinə I ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticə  göstərən (695 bal) iki tələbədən biridir. O, həmçinin prezident təqaüdünə layiq görülüb.



Modern.az   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama