Modern.az

Qonşuları ilə pis münasibətləri olan ölkələrin SİYAHISI açıqlandı - Azərbaycanı ilk “beşliyə” saldılar

 Qonşuları ilə pis münasibətləri olan ölkələrin SİYAHISI açıqlandı - Azərbaycanı ilk “beşliyə” saldılar

28 İyul 2015, 14:17


Avstraliyanın “İnstitute for Ecomomics and Peace” təşkilatı qonşuları ilə ən gərgin münasibətdə olan ölkələrin reytinq cədvəlini tərtib edib. Modern.az xəbər verir ki, institut əməkdaşları reytinqi tərtib etmək üçün bir neçə kriteriyanı (xüsusən stabillik) əsas götürüblər və vəziyyəti 1-dən 5-ə qədər olan bal sistemi ilə dəyərləndiriblər.

Ukrayna, Suriya, Şimali Koreya, Livan və Azərbaycan “İnstitute for Ecomomics and Peace” tərəfindən maksimum 5 balla qiymətləndirilərək qonşu dövlətlərlə ən gərgin münasibətdə olan ölkələr reytinqin başında qərarlaşıblar.

4 bal alaraq 2-ci kateqoriyada yerləşən 11 ölkə isə Cənubi Sudan, Somali, Sudan, Pakistan, Liviya, Cənubi Koreya, İsrail, Eritreya, İran, Cənubi Afrika Respublikası və Ermənistandan ibarətdir.

ABŞ və Rusiya isə 3 balla qonşuları ilə münasibətləri gərgin olan ölkələr reytinqinin ortasında yer alıb.

Danimarka, Yeni Zelandiya, İslandiya və İsveçrıə isə 1 bal alaraq qonşuları ilə ən stabil münasibətlərə malik ölkələri seçiliblər.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama