Modern.az

Bakı Türk Liseyinin 4 məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin 4 məzunu 700 bal toplayıb

28 İyul 2015, 15:13

Azərbaycanda yekunlaşan 2015-ci il üzrə ali məktəblərə qəbul imtahanlarında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları rekord nəticə göstəriblər.

Modern.az saytı xəbər verir ki, təhsil tarixində ilk dəfə olaraq liseyin 4 məzunu, 3 nəfər (I qrup) və 1 nəfər (III qrup) olmaqla 700 bal toplayıb.

Ümumilikdə imtahanda iştirak edən 121 məzundan 80 nəfəri (66%) 600, onların 47 nəfəri (39%) 650-dən çox bal toplayaraq rekord nəticə göstəriblər.

I qrup- 35 məzundan 24-ü (67%)
II qrup- 30 məzundan 17-si (57%)
III qrup- 22 məzundan 15-i (68%)
IV qrup- 34 məzundan 24-ü (71%)

Məlumat üçün qeyd edək ki, 2009-2015-ci illər ərzində liseyin 12 məzunu 700 bal toplayıb.

Liseyin direktoru Kadir Bektaşoğlu Modern.az saytına açıqlamasında bu böyük nailiyyətə görə  məktəb kollektivi başda olmaqla, əməyi keçən hər kəsə təşəkür edib,  təhsilimiz, ölkəmiz və millətimizin uğuru olduğunu deyib.

Lisey müdirinin sözlərinə görə, məzunların yüksək nəticələri əsas deyil. Əsas odur ki, onlar ölkəyə və millətə sevgiyə, sahib olduqları dəyərlərə bağlı olsunlar.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama