Bu gün saat təxminən 14 radələrində Ucar rayonu H. Əliyev keçəsi 105-də yerləşən 16 mənzilli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda Modern.az-a müstəqil jurnalist Fuad Hwseynov məlumat verib. Onun sözlərinə görə, qısaqapanma nəticəsində baş verən yanğın zamanı xəsarət alan olmasa da, 2-ci mərtəbədə yerləşən 11, birinci mərtəbədə isə 3 mənzil tamamilə yanaraq külə dönüb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri yanğının qonşu binalara keçməsinin qarşısını alıblar.