Ali məktəblərə keçirilmiş qəbul imtahanlarında toplanılan balla kolleclərə daxil olmaq mümkün deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.
Əvvəlki illərin məzunları isə kolleclərin müsabiqəsində 2 iyul tarixində keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.
Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.