
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11:00-da başlanıb 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 25-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Modern.az