Türkiyə Baş Prokurorluğunun İstintaq idarəsi PKK-nın siyasi qanadı olan Xalqların Demokratikləşmə Partiyası (HDP)-nın fəaliyyətini araşdırmağa başlayıb.
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın rəhbər şəxsləri daxil olmaqla millət vəkili seçilən üzvləri terror təşkilatına dəstək verdiyi üçün belə bir addım atılır. Artıq Konsitutsiyanın 68 və 69-cu maddələri üzrə araşdırma başlanılıb.
Həmçinin partiya üzvlərinin nümayişlərdə iştirakı və səsləndirdikləri fikirlər, partiya ilə bağlı daxil olan şikayətlər ciddi şəkildə yoxlanılacaq.
Əgər araşdırmalarda cinayət tərkibi müəyyən edilərsə, partiyanın gələcəyi hakimdən asılı olacaq. İrəli sürülən maddələr öz təsdiqini tapsa, HDP bağlanacaq.
Sevinc Yasinqızı