Modern.az

Ağdamlı köçkün özünü niyə yandırdı? - “Dövlətqaçqınkom” hadisəyə aydınlıq gətirdi

Ağdamlı köçkün özünü niyə yandırdı? - “Dövlətqaçqınkom” hadisəyə aydınlıq gətirdi

28 İyul 2015, 17:39

“Dövlətqaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı məlumat verib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurumun Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovun özünəməxsus mənzili olub.

“Həmin şəxs Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Verilən məlumata görə, həmin vətəndaşın özünəməxsus mənzili olub və sonradan satıb. Yenidən mənzil iddiası ilə çıxış edir. Komitədə isə boş mənzil yoxdur. Həm də hər mənzil istəyən özün yandırmalı deyil axı. Bu gün Bakı şəhərində 216 min məcburi köçkün yaşayır və bu cür insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata kleçiriləcək”-deyə komitədən bildirilib.

Məlumatda qeyd edilib ki, bu günə qədər məcburi köçkünlər üçün 90 muasir yaşayış kompleksi  salınıb, 46 min ailə, 230 min nəfərin mənzil məişət şəraiti yaxşılaşdırılıb.

“Lakin buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Ancaq Azərbaycan dövləti bu kateqoriyadan olanların da mənzil məişət şəraitinin yaxşılaşdırması üçün müvafiq tədbirlər görür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
Bakı şəhərində tikintisi yarımçıq qalmış binalarda, sanatoryalarda, yataqxanalarda və digər məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan  məcburi köçkünlər var. Və bunların da mənzil-məişər şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə  baxılacaq.

Qeyd edək ki, “Dövlətqaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibov özünü yandırıb. Kirayədə yaşayan məcburi köçkün buna imkansızlıqdan əl atdığını idda edib.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama