Modern.az

Sabir Rüstəmxanlı Tofiq Hacıyevin istefa səbəbini bilmir: “Prosesləri bilmədən qiymət vermək olmaz”

Sabir Rüstəmxanlı Tofiq Hacıyevin istefa səbəbini bilmir: “Prosesləri bilmədən qiymət vermək olmaz”

28 İyul 2015, 17:51



“Tofiq Hacıyevə təkcə dilçi demək azdır. O, həm də çox gözəl ədəbiyyatşünas, tənqidçidir. Müasir ədəbiyyatımızla bağlı sanballı məqalələr müəllifidir. Eyni zamanda da Azərbaycan dilinin çox görkəmli mütəxəssislərindən biridir. Onun dil haqqında tədqiqat işləri qədim tarixmizə bir açardır. Tofiq Hacıyevi bir alim, bir insan və vətənpərvər bir şəxsiyyət kimi çox istəyirəm və ona çox böyük hörmətim var”.

Bunu Modern.az saytına xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün öncə Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefa verən akademik Tofiq Hacıyev haqqında danışarkən qeyd edib. Millət vəkili akademiki şəxsiyyət və alim kimi yüksək qiymətləndirsə də, onun istefa səbəbindən xəbərsiz olduğunu deyir:

“O ki qaldı, onun akademiyanın Dilçilik İnstitutundan istefa verməsinə, mənim bundan heç xəbərim yoxdur. Mən ölkə xaricində idim. İş məsələləri elmdən kənar məsələdir. İnstitutda, akademiyada gedən prosesləri bilmədən ona qiymət vermək olmaz. Tofiq müəllim vəzifəsi oldu-olmadı, institut direktoru oldu-olmadı, çox dəyərli alimdir. Hesab edirəm ki, akademiyanın rəhbərliyi də bir alim kimi onun dəyərini bilir. Əgər belə olmasaydı, onu universitetdən dəvət edib Dilçilik İnstitutuna direktor qoymazdılar.
Hesab edirəm ki, Tofiq müəllimin akademiyadan, institutdan istefa verərək getməsi onun  bir alim kimi dəyərinə zərrə qədər də xələl gətirmir”.  

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama